AZ

"Liverpul"da ciddi itki: Sıradan çıxdı

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq uzunmüddətli zədələnib.

Publika.az xəbər verir ki, bu barədə "TalkSPORT" məlumat yayıb.

24 yaşlı niderlandlı futbolçu 22 oktyabrda Çempionlar Liqasının “Ayntraxt”la (5:1) oyununda bud əzələsini zədələyib. Mənbənin məlumatına görə, Frimponq təxminən 6 həftə meydana çıxa bilməyəcək.

O, Premyer Liqada “Aston Villa” (1 noyabr), “Mançester Siti” (9 noyabr), “Nottingem” (22 noyabr) və “Vest Hem” (30 noyabr) ilə görüşləri, həmçinin Çempionlar Liqasının əsas mərhələsində “Real” (4 noyabr) və PSV (26 noyabr) ilə oyunları buraxacaq.

Seçilən
20
publika.az

1Mənbələr