
ABŞ Prezidenti Donald Tramp Moskvanın Ukrayna ilə bağlı sərt tələblərinə görə Rusiya dövlət başçısı Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib.
Missiya.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, bu qərar iki ölkənin yüksək səviyyəli diplomatları arasında gərgin danışıqlardan sonra qəbul edilib.
Xatırladaq ki, Tramp oktyabrın 23-də Putinlə planlaşdırılan görüşü ləğv edib.
Daşqın HəsənovMissiya.Az
