 E.Mirzəbəyli toplantının gündəliyində yer alan əsas məsələlərdən danışıb:"Birincisi, regionun nəqliyyat-kommunikasiya xətlərinin açılması və yeni tranzit layihələrinin reallaşması ilə bağlı konkret addımların razılaşdırılmasıdır. Xüsusilə Zəngəzur dəhlizi və digər logistik marşrutlar bu prosesin strateji mərkəzində dayanır. İkincisi, regional təhlükəsizlik məsələlərinin koordinasiyası, yəni Cənubi Qafqazda sabitliyin xarici təsirlərsiz, məhz regional ölkələrin iradəsi ilə qorunması prinsipi önə çıxır. Üçüncüsü, tərəflər arasında etimadın bərpası və qarşılıqlı diplomatik münasibətlərin normallaşması məqsədi güdülür".Deputatın sözlərinə görə, Ermənistanın toplantıya ev sahibliyi etmək istəyi isə bir neçə siyasi və psixoloji mesaj daşıyır:"İlk növbədə bu, İrəvanın 2020-ci il məğlubiyyətindən sonra formalaşmış mənfi imicini dəyişmək və regionda aktiv diplomatik tərəf kimi görünmək cəhdidir. Ermənistan beləliklə, özünü prosesin kənar müşahidəçisi deyil, “bərabərhüquqlu iştirakçısı” kimi təqdim etməyə çalışır. Eyni zamanda, bu təşəbbüs Rusiya və İran qarşısında balanslı mövqe nümayiş etdirmək və Qərbə tam inteqrasiya yönümünün regiondaxili sabitliyə zərər vurmadığını göstərmək məqsədi daşıyır. Digər tərəfdən, Ermənistanın bu addımı Bakıya da dolayı mesaj kimi dəyərləndirilə bilər. Bu, bir növ “sülhə doğru addım” imicinin formalaşdırılması və Azərbaycanla münasibətlərdə yeni dialoq imkanlarının yaradılması cəhdidir. Lakin bu cəhdin səmimiliyi yalnız praktik addımlarla sübuta yetirilə bilər".Millət vəkili qeyd edib ki, toplantının harada keçirilməsinin daha məqsədəuyğun olması məsələsi həm siyasi, həm də simvolik məna daşıyır:"Əgər toplantı İrəvanda baş tutarsa, bu, Ermənistan üçün real sınaq olacaq. Belə bir tədbirin uğurlu təşkili ölkənin sülhə və əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərə bilər. Amma əgər Ermənistan hələ də destruktiv mövqedən çıxış edərsə, bu təşəbbüs sadəcə imitasiya xarakteri daşıyacaq. Toplantının Bakıda keçirilməsi isə həm siyasi, həm də praktik baxımdan daha məntiqli görünür. Azərbaycan artıq sübut edib ki, regionda sabitliyin və inkişafın əsas təminatçısıdır. Bakının ev sahibliyi formatı real əməkdaşlıq və praqmatik nəticələr baxımından daha səmərəli olardı. Üstəlik, bu, Azərbaycanın “Qafqazda münaqişə yox, əməkdaşlıq dövrü başlayır” tezisini bir daha praktik müstəviyə daşıyardı".E.Mirzəbəylinin fikrincə, “3+3” formatında növbəti toplantı yalnız diplomatik jest deyil, həm də postmünaqişə dövrünün siyasi göstəricisi olacaq:"Ermənistanın bu prosesdə iştirakının səmimiliyi onun konkret addımları ilə ölçüləcək. Əgər İrəvan reallıqları qəbul edərək sülh gündəliyinə əməl etsə, bu, regionun yeni inkişaf mərhələsinin başlanğıcına çevrilə bilər. Əks halda, Ermənistanın ev sahibliyi istəyi yalnız diplomatik görüntü ilə məhdudlaşacaq".
E.Mirzəbəyli toplantının gündəliyində yer alan əsas məsələlərdən danışıb:"Birincisi, regionun nəqliyyat-kommunikasiya xətlərinin açılması və yeni tranzit layihələrinin reallaşması ilə bağlı konkret addımların razılaşdırılmasıdır. Xüsusilə Zəngəzur dəhlizi və digər logistik marşrutlar bu prosesin strateji mərkəzində dayanır. İkincisi, regional təhlükəsizlik məsələlərinin koordinasiyası, yəni Cənubi Qafqazda sabitliyin xarici təsirlərsiz, məhz regional ölkələrin iradəsi ilə qorunması prinsipi önə çıxır. Üçüncüsü, tərəflər arasında etimadın bərpası və qarşılıqlı diplomatik münasibətlərin normallaşması məqsədi güdülür".Deputatın sözlərinə görə, Ermənistanın toplantıya ev sahibliyi etmək istəyi isə bir neçə siyasi və psixoloji mesaj daşıyır:"İlk növbədə bu, İrəvanın 2020-ci il məğlubiyyətindən sonra formalaşmış mənfi imicini dəyişmək və regionda aktiv diplomatik tərəf kimi görünmək cəhdidir. Ermənistan beləliklə, özünü prosesin kənar müşahidəçisi deyil, “bərabərhüquqlu iştirakçısı” kimi təqdim etməyə çalışır. Eyni zamanda, bu təşəbbüs Rusiya və İran qarşısında balanslı mövqe nümayiş etdirmək və Qərbə tam inteqrasiya yönümünün regiondaxili sabitliyə zərər vurmadığını göstərmək məqsədi daşıyır. Digər tərəfdən, Ermənistanın bu addımı Bakıya da dolayı mesaj kimi dəyərləndirilə bilər. Bu, bir növ “sülhə doğru addım” imicinin formalaşdırılması və Azərbaycanla münasibətlərdə yeni dialoq imkanlarının yaradılması cəhdidir. Lakin bu cəhdin səmimiliyi yalnız praktik addımlarla sübuta yetirilə bilər".Millət vəkili qeyd edib ki, toplantının harada keçirilməsinin daha məqsədəuyğun olması məsələsi həm siyasi, həm də simvolik məna daşıyır:"Əgər toplantı İrəvanda baş tutarsa, bu, Ermənistan üçün real sınaq olacaq. Belə bir tədbirin uğurlu təşkili ölkənin sülhə və əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərə bilər. Amma əgər Ermənistan hələ də destruktiv mövqedən çıxış edərsə, bu təşəbbüs sadəcə imitasiya xarakteri daşıyacaq. Toplantının Bakıda keçirilməsi isə həm siyasi, həm də praktik baxımdan daha məntiqli görünür. Azərbaycan artıq sübut edib ki, regionda sabitliyin və inkişafın əsas təminatçısıdır. Bakının ev sahibliyi formatı real əməkdaşlıq və praqmatik nəticələr baxımından daha səmərəli olardı. Üstəlik, bu, Azərbaycanın “Qafqazda münaqişə yox, əməkdaşlıq dövrü başlayır” tezisini bir daha praktik müstəviyə daşıyardı".E.Mirzəbəylinin fikrincə, “3+3” formatında növbəti toplantı yalnız diplomatik jest deyil, həm də postmünaqişə dövrünün siyasi göstəricisi olacaq:"Ermənistanın bu prosesdə iştirakının səmimiliyi onun konkret addımları ilə ölçüləcək. Əgər İrəvan reallıqları qəbul edərək sülh gündəliyinə əməl etsə, bu, regionun yeni inkişaf mərhələsinin başlanğıcına çevrilə bilər. Əks halda, Ermənistanın ev sahibliyi istəyi yalnız diplomatik görüntü ilə məhdudlaşacaq".Sevinc İbrahimzadə / Metbuat.az
