Azərbaycan Premyer Liqasının “Zəfər turu” çərçivəsində noyabrın 7-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyununun bilet satışından əldə olunacaq bütün vəsait “YAŞAT” Fonduna köçürüləcək.
Msport.az xəbər verir ki, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bölgə klubu azarkeşlərə çağırış edib: “Gəl, həm “Qəbələ”ni dəstəklə, həm də qəhrəmanlarımızın ailələrinin yanında ol!”
Qeyd edək ki, noyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:44-də başlanacaq.
 
                        