AZ

Xilas etdiyi 5 yaşlı qızla 20 il sonra görüşdü

Tanınmış həkim, Milli Məclisin deputatı Rəşad Mahmudov 20 il əvvəl ölüm riski ilə üz-üzə qalan pasiyentinin bu gün tam sağalması ilə bağlı təsirli paylaşım edib.Metbuat.az-ın məlumatına görə, həkim 2005-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə etdiyi 5 yaşlı Aytac adlı pasiyentə gecikmiş böyük VSD, ASD və ağır pulmonar hipertenziya (Eizenmenger sindromu) diaqnozu qoyulduğunu bildirib. O zaman əməliyyat üçün şans çox az olub. R.Mahmudovun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi, eləcə də italiyalı professor Ermanno Mazza və onun komandası ilə aparılan mərhələli müalicə nəticəsində 2015-ci ildə pasiyentin ürəyində tam korreksiya əməliyyatı uğurla həyata keçirilib.Uzun illər sonra Aytac həkimin qəbuluna gəlib. Lakin həkim bildirib ki, qızının sağlamlığı uğrunda illərlə mübarizə aparan Aytacın anası artıq həyatda deyil:“O fədakar ana 49 yaşında qəflətən dünyasını dəyişib. Amma mən düşünürəm ki, bəzən bir çarəsiz həyatın xilası üçün başqa bir ruh səssizcə çəkilib gedir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
3
3
metbuat.az

4Mənbələr