AZ

5 ay Rusiya ordusu tərəfindən əsir alındı – indi isə “Qarabağ” - “Çelsi” oyununda hakim olacaq

UEFA Gənclər Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasında hakim kimi çıxış edəcək Dmitri Kubriakın maraqlı həyatı diqqət çəkib.

Milli.Az-ın Ukrayna Futbol Assosiasiyasına istinadən yaydığı məlumata görə, peşə etibarilə hərbi həkim olan Kubriak Rusiya-Ukrayna müharibəsinə könüllü olaraq qatılıb.

Müharibə zamanı yaralılara tibbi yardım göstərən Kubriak sonradan rus qoşunları tərəfindən əsir götürülüb. Təxminən beş ay əsirlikdə qaldıqdan sonra əsir mübadiləsi nəticəsində azadlığa çıxıb.

Hazırda D.Kubriak UEFA Gənclər Liqasında keçiriləcək görüş üçün Bakıya ezam olunub. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyko dəstək verəcəklər, dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Fərid Hacıyev icra edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də "Azərsun Arena"da saat 15:00-da başlayacaq.

Kənan
Milli.Az

Seçilən
2
50
milli.az

10Mənbələr