AZ

İlon Maskın atası Rusiya vətəndaşlığını almağa qarşı deyil

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask, Rusiya pasportunu almağa qarşı olmayacağını bildirib.

TASS-a verdiyi müsahibədə o, bunun onun üçün "böyük şərəf olacağını" qeyd edib. "Təəccübləndim, belə bir sual gözləmirdim. Bəli! Niyə də olmasın?", - cənab Mask müvafiq suala belə cavab verib.

Errol Mask mühəndis və sahibkardır. Onun karyerası Cənubi Afrika Respublikasının daşınmaz əmlak və mədənçilik sahələrindəki biznesi ilə bağlıdır. Bu yay o, ilk dəfə Rusiyaya səfər edib, sentyabrda isə Qazana gəlib. Orada cənab Mask İT sənayesi nümayəndələri və jurnalistlərlə görüşüb.

Almaz Həsənli

Seçilən
26
1
oxumeni.az

2Mənbələr