AZ

Tədqiqatçı: Bu gün Konqoda Belçika müstəmləkəçiliyinin ağır nəticələri açıq şəkildə görünür

BAKI, 31 oktyabr. TELEQRAF

"Belçikanın müstəmləkə dövründə tətbiq etdiyi təbliğat modelində özünü “cəsarətli sivilizator”, yerli afrika xalqlarını isə “vəhşi” kimi təqdim olunur".

Teleqraf xəbər verir ki, bu barədə Brazilia Universitetində doktorant, tədqiqatçı Luis Filip Patrik De Yonq Filho (Louis Philippe Patrick De Jongh Filho) oktyabrın 31-də Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Belçikanın müstəmləkə irsi bu gün də Konqo, Burundi və Ruandada öz təsirini davam etdirir:

“Belçikanın Konqodakı müstəmləkə sistemini boru kəməri kimi təsəvvür edirəm – o, tarixi zorakılıqdan ideoloji və yaddaş müstəvisinə qədər uzanan və indi də siyasi və sosial reallığı formalaşdıran bir mexanizmdir. Bu gün Konqoda Belçika müstəmləkəçiliyinin ağır nəticələri açıq şəkildə görünür”.

Seçilən
4
teleqraf.com

1Mənbələr