Səhərlər ilk çayımızı və kofemizi hazılayarkən elektrikli çaydanda qalan suyu yenidən qaynatmaq hamımızın adətinə çevrilib.
Ölkə.Az xəbər verir ki, son illərdə bu vərdişin xərçəngə səbəb olduğu yönündə iddialar var.
Mütəxəssislərin fikrincə, təkcə suyu təkrar qaynatmaq xərçəngə səbəb olmur, lakin bu vərdiş müəyyən uzunmüddətli risklər yarada bilər. Xüsusilə kran suyunun keyfiyyətinin aşağı olduğu bölgələrdə nitrat, arsen və flüorid kimi mineralların səviyyəsi təkrar qaynadıldıqda arta bilər.
Bu maddələrin həddindən artıq qəbulu böyrəklərə, tiroid və sinir sisteminə mənfi təsir göstərə bilər.
Qidalanma və ətraf mühitin sağlamlığı üzrə mütəxəssislər bildirirlər ki, çaydanda uzun müddət saxlanılan suyu dəfələrlə qaynatmaq mineralların toplanmasına səbəb ola bilər ki, bu da bədənə zəhərli təsir göstərə bilər.
“Təmiz suyu qaynatmaq həmişə ən sağlam seçimdir. Su dəfələrlə qaynadıldıqda, tərkibindəki zərərli maddələrin səviyyəsi arta bilər. Bu, xüsusilə sərt suda və keyfiyyətsiz suda özünü göstərir”, - deyə mütəxəssislər xəbərdarlıq edirlər.
Bununla belə, təmiz içməli suyun olduğu bölgələrdə suyun bir və ya iki dəfə daha qaynadılmasının xərçəng riski yaratmadığı da vurğulanır.
Billurə