AZ

Rusiyada insanlar ərzaq almağı azaldırlar: Pul tapmırlar, yoxsa...

Rusiyada istehlak aktivliyinin azalması gündəlik mallara da sıçrayıb ki, onların da əksəriyyəti ərzaq məhsullarıdır.

Publika.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, ilin əvvəlindən alışlar azalmağa başlayıb.

“OFD Platform” şirkətinin “Check Index” xidmətinin məlumatına görə, yanvar-aprel aylarında ərzaq mağazalarında daxilolmaların sayında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə altı faiz, yanvar-sentyabr aylarında isə 3,5 faiz təşkil edib.

Kassa aparatının proqram təminatı istehsalçısı “Evotor” qeyd edir ki, ümumi ərzaq mağazalarında alışların sayı ilk üç rüb ərzində eyni səviyyədə qalıb, ixtisaslaşdırılmış mağazalarda isə 1,5 faiz artıb, qəssab dükanlarında isə yeddi faiz azalıb.

Fiskal məlumatların operatoru “Taxcom” bildirir ki, əsas ərzaq məhsullarının satışı sentyabr və oktyabr aylarında illik müqayisədə 5 faiz azalıb. Süd satışı həcmcə 8 faiz, qarabaşaq yarması 9 faiz, düyü 10 faiz azalıb.

Seçilən
15
publika.az

1Mənbələr