AZ

Türkiyə Zəngəzur dəhlizinin reallaşmasına töhfə verməyi bir missiya hesab edir - Serdar Bahçıvan

Bakı. Trend:

Bu il həm Ermənistanla sülh prosesinin irəliləməsi, həm dəZəngəzur dəhlizinin yaranması baxımından tarixi bir dövrüyaşayırıq. Çətin mərhələlərdən keçən Azərbaycan bu gün dünyanınparlayan ulduzuna çevrilmək yolundadır.

Trend xəbərverir ki, bunu İstanbul Sənaye Palatasının İdarə Heyətinin sədriErdal Bahçıvan Türkiyə iş adamlarının Bakıda keçirilən biznesgörüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz Türkiyənin təcrübəli sənaye nümayəndələri olaraq bu inkişafprosesinə töhfə verməyi, iqtisadi fəaliyyət və investisiyalarvasitəsilə bu uğuru daha da möhkəmləndirməyi özümüz üçün birmissiya hesab edirik, - o vurğulayıb.

Sədr vurğulayıb ki, iki ölkə liderləri tərəfindənmüəyyənləşdirilən 15 milyard dollarlıq ticarət hədəfinə asanlıqlanail olunacağına inanır:

"Hətta qarşılıqlı investisiyalar və üçüncü ölkələrə yönəlmişortaq strategiyalarla bu rəqəmin çox daha yüksək səviyyələrəqalxması mümkündür. Bu baxımdan türk sənayeçiləri və investorlarıregionda yaranan fürsətləri düzgün dəyərləndirməlidir".

S. Bahçıvan eyni zamandan qeyd edib ki, Azərbaycanın daTürkiyədə çox dəyərli investisiyaları var:

"Xüsusilə SOCAR-a təşəkkürümü bildirmək istəyirəm. ÇünkiTürkiyəyə son illərdə edilən ən böyük və ən dəyərli xaricisərmayələrdən birini həyata keçirib. Bu əməkdaşlığı yalnızTürkiyənin Azərbaycandakı investisiyaları kimi deyil, həm dəazərbaycanlı dostlarımızın Türkiyədə və digər sahələrdə həyatakeçirəcəkləri layihələr baxımından da qarşılıqlı fürsət kimi görməklazımdır".

S. Bahçıvan vurğulayıb ki, ən önəmlisi isə, üçüncü ölkələrdə vəfərqli regionlarda birgə nələr edə biləcəyimizi düşünməkdir:

"Çünki hər iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayançox dəyərli resurslara malikdir. Türk xalqının bir sözü var: “Birəl nə edə bilər? İki əl səs çıxarar.” Mən bunu bir qədər də irəliaparmaq istəyirəm – “Bir əl nə edə bilər? İki əl birlikdə yumruqolar.” Biz yan-yana, çiyin-çiyinə olduqca bu gücü dünyaya göstərəbilərik.

“Bir millət, iki dövlət” şüarının təkcə bir ifadə deyil, realəməkdaşlıq və ortaq fəaliyyətlərlə gerçəyə çevrildiyinə ürəkdəninanıram. Ümid edirəm ki, qarşıdakı illərdə bu birliyi daha dagüclü şəkildə nümayiş etdirəcəyik. Bu səfərimizin də bu istiqamətdəmühüm bir addım və fürsət olacağına inanıram".

Məqalədə:
Seçilən
11
2
az.trend.az

3Mənbələr