AZ

Deputata məxsus holdinqin lisenziyası itib

BAKI, 31 oktyabr. TELEQRAF

“A&J Holding”ə özəl tibb fəaliyyətini həyata keçirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya itib.

Teleqraf xəbər verir ki, şirkət itən lisenziyanın etibarsız sayılması üçün aidiyyəti üzrə müraciət edib.

Qeyd edək ki, bir çox tenderlərdə qalib olan
“A&J Holding”ə sözügedən lisenziya 2021-ci il aprelin 5-də verilib.

Xatırladaq ki, 20 il öncə təsis edilən holdinqin nizamnamə kapitalı 20.51 mln. manatdır. Holdinqin sahibinin Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə olduğu bildirilir.

Seçilən
12
teleqraf.com

1Mənbələr