ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşündən sonra Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini şübhə altına alıb.
Doğru.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Biz əslində nefti müzakirə etməmişik”, – deyə ABŞ prezidenti bildirib.
Mütəxəssislərin fikrincə, bu açıqlama Vaşinqtonun anti-Rusiya siyasətində yumşalma ehtimalını gündəmə gətirir. Obsidian Risk Advisors konsaltinq firmasının idarəedici tərəfdaşı Brett Erikson qeyd edib ki, “bunu nəzərə alsaq, anti-Rusiya sanksiyaları anlayışı artıq mənasız görünür”.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişməsini “təəccüblü” adlandırmışdı.
DOĞRU.AZ