“İslam Rzayevin saxlanılması ilə bağlı hazırda hər hansı məlumat verə bilmərəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a Balakən Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı İslam Rzayevin vəkili Elvin Əliyev deyib.
Vəkil bildirib ki, hazırda məsələ ilə bağlı açıqlama verməyi məqsədəuyğun hesab etmir:
“Bilirsiniz, hazırda istintaq işi aparılır. Mənim nəsə deməyim istintaqın gedişatına mane ola bilər. Bir onu deyə bilərəm ki, İslam Rzayevin səhhətində problem yoxdur, özünü yaxşı hiss edir”.
Qeyd edək ki, İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.
 
                        