AZ

Müstəmləkə dövründən əvvəl burundililərin fransız adları yox idi - Siyasi şərhçi

Bakı.Trend:

Müstəmləkəçilər Burundidə mövcud olan mədəniyyəti dağıtdılar.Onlar yerli idarəetmə sistemini məhv edib, onun yerinə özidarəetmələrini gətirdilər.

Trend xəbərverir ki, bu fikirləri "İnteqrasiya, Qonşuluq və Bərabərlik"təşkilatının təsisçisi Burundili siyasi şərhçi Nibizi Jan-Meri BakıTəşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkəkeçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “BelçikaMüstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Jan-Meri bildirib ki, müstəmləkəçilər Burundidə ana dilini dəməhv ediblər:

“Təhsil sistemində fransız dili zorla tətbiq olundu. Yalnızmüstəqillik əldə edildikdən sonra Burundi öz təhsil sisteminidəyişərək milli dili olan burundi dilini yenidən bərpa edəbildi”.

Siyasi şərhçi vurğulayıb ki, müstəmləkəçilər, həmçinininsanların adlarını dəyişdirirdilər:

“Müstəmləkə dövründən əvvəl burundililərin fransız adları yoxidi. Məhz müstəmləkə dövründə insanlara xaç suyuna salınma adıaltında fransız adları verildi. Ardınca din vasitəsilə bu prosesdaha da dərinləşdirildi. Beləliklə, onlar xalqın mədəniyyətini vəmüdrikliyini də məhv etdilər”.

Seçilən
15
az.trend.az

1Mənbələr