AZ

Zəfərin təntənə rəngləri

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin rəngi” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib. 44 günlük Vətən müharibəsində Zəfərə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi Elvin İsgəndərovun oğlu Cəsur İsgəndərovun və şəhidimiz Elman Babaxanov qızı Asena Babaxanovanın iştirakı ilə gənc rəssam Emin Aslanovun “44 Zəfər Plakatı” adlı sərginin açılışı olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Səbinə Salmanova, Hikmət Babaoğlu, Pərvin Kərimzadə və Rizvan Nəbiyev Zəfər Gününü Azərbaycan xalqının qürur və şərəf səhifəsi kimi dəyərləndiriblər. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova isə çıxışında qeyd edib ki, Azərbaycan xalqı öz igid oğullarının xatirəsini heç vaxt unutmayacaq, onların qanı bahasına qazanılmış bu Zəfər nəsildən-nəslə iftixarla ötürüləcək.

Mərasimdə qeyd olunub ki, burada təqdim olunan bütün rəsmlər Sumqayıt şəhər məktəblərinə hədiyyə ediləcək. Tədbir bədii hissə ilə davam etdirilib.

Ə.ƏLİYEV
XQ

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr