Bakı. Trend:
Kənd təsərrüfatının inkişafı Bolqarıstan və Azərbaycanınstrateji prioritetlərindəndir.
Trend-inBolqarıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinə istinadənverdiyi məlumata görə, bu barədə Sofiyada keçirilənBolqarıstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyasının 7-ci iclasında Bolqarıstanın nazir müavini LozanaVasileva bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı təkcə ənənəvi deyil, həm dəperspektivli bir sahədir və hər iki tərəf bu istiqamətdə bilik,texnologiya və yaxşı təcrübə mübadiləsi aparmaqla nəticə əldə edəbilər.
“Biz kənd təsərrüfatı elmi və texnikası, akvakultura, dayanıqlıbalıqçılıq idarəçiliyi və balıq məhsulları ticarətinin inkişafıkimi bir sıra sahələrdə səylərimizi birləşdirə bilərik”, – deyə oəlavə edib.
Vasileva həmçinin Bolqarıstan və Azərbaycan şirkətlərinin həriki ölkədə keçirilən beynəlxalq sərgilərdə və yarmarkalardaiştirakının vacibliyini vurğulayıb.
“İkitərəfli münasibətlərin mühüm elementi Bolqarıstan QidaTəhlükəsizliyi Agentliyi ilə Azərbaycan Qida TəhlükəsizliyiAgentliyi arasında əməkdaşlığın dərinləşdirilməsidir. Bu əməkdaşlıqqida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində təcrübəmübadiləsini, həmçinin baytarlıq və fitosanitar nəzarət altındaməhsulların idxal və ixracının əlaqələndirilməsini nəzərdə tutur”,- deyə Vasileva bildirib.
Sonda nazir müavini qeyd edib ki, bu cür forumlar iqtisadi vəkənd təsərrüfatı əməkdaşlığına yeni təkan verəcək və gələcəkuğurlar üçün möhkəm əsas yaradacaq.