Amerika lideri Donald Trampın nüvə sınaqlarına dərhal başlanması ilə bağlı bəyanatı Rusiya prezidenti Vladimir Putinin diqqətini cəlb etmək üçün edilib.
Doğru.az xəbər verir ki, bu barədə Helsingin Sanomat yazır.
“Ehtimal etmək olar ki, onun mesajı ilk növbədə Rusiyaya ünvanlanıb”, – jurnalistlər qeyd ediblər.
Xatırladaq ki, Tramp bundan əvvəl ABŞ-ın nüvə arsenalının etibarlılığını təmin etmək məqsədilə onun yenidən nəzərdən keçirilməsi barədə göstəriş vermişdi.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov isə Trampın bu qərarının “çoxsaylı suallar doğurduğunu” bildirib.
DOĞRU.AZ
 
                        