“Airbus Defence and Space” şirkəti və Portuqaliyanın Aeronavtika, Kosmos və Müdafiə Sənayesi Klasteri (AED Cluster Portugal) ölkənin mövcud F-16 döyüş təyyarələri parkının yenilənməsi çərçivəsində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu (MoU) imzalayıblar.
Bu barədə “Poliqon” “Airbus Defence and Space” şirkətinə istinadən xəbər verib.
Sənədə əsasən, tərəflər Portuqaliyanın F-16 təyyarələrinin əvəzlənməsi üçün “tam Avropa həlli” adlandırılan “Eurofighter” proqramı üzrə birgə tədqiqat və sənaye əməkdaşlığı imkanlarını araşdıracaqlar.
Bu təşəbbüs, Portuqaliyanın gələcək döyüş aviasiyası ehtiyaclarının qarşılanması və yerli sənayenin Avropa müdafiə layihələrində daha fəal iştirakını hədəfləyir.
 
                        