AZ

Sudanda qan su yerinə axır

AzVision.az “BBC” telekanalına istinadən xəbər verir ki, Qərbi Sudanın Şimali Darfur bölgəsinin paytaxtı olna bu şəhər son 1,5 ildəmühasirədə idi.

Şəhərin tutulmasından bir neçə gün sonra hüquq müdafiəçiləri Əl-Faşirdəki “The Saudi Hospital”əsas xəstəxanada bir neçə yüz adamın öldürüldüyünü bildiriblər.

-“Çevik Müdaxilə Qüvvələri” xəstələr və onları müşayiət edənlər də daxil olmaqla, xəstəxanadakıhər kəsi soyuqqanlıqla öldürüblər. Tələfatlar barədə dəqiq rəqəmlər olmasa da, şəhərin ələ keçirilməsindən sonra onun tibb müəssisələri “qəssabxanaya” çevrilib”,- “Sudan həkimlərinin şəbəkəsi” qeyri-hökumət təşkilatının (QHT) məlumatında deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus “The Saudi Hospital” xəstəxanasında xəstəxanasında 460 nəfərin öldürülməsi xəbərindən ÜST-ün “dəhşət və dərin sarsıntı keçirdiyini” bildirib.

“Oktyabrın 26-da şəhərdə qismən işləyən yeganə tibb müəssisəsi olan xəstəxana bir ay ərzində dördüncü dəfə hücuma məruz qalıb. Oktyabrın 28-də isə 6 tibb işçisi oğurlanıb. Həmin gün xəstəxana binasında 460-dan çox insan güllələnib”, - ÜST-ün bəyanatında vurğulanır.

Xatırladaq ki, Əl-Fəşirin mühasirəsi 1,5 il davam edib. 2025-ci ilin fevral ayından qıtlıq və kütləvi atəşlər fonunda şəhərə humanitar yardımın çatdırılması əngəllənib, ərzaq və tibbi ləvazimat demək olar ki, tamamilə tükənib. Bundan əlavə, orada 130 mini uşaq olmaqla 260 minə yaxın mülki şəxs qalıb. Çoxları üçün “The Saudi Hospital”xəstəxanası son sığınacaq idi.

BMT-nin humanitar məsələlər üzrə keçmiş nümayəndəsi Yan Egeland Əl-Faşiri “ Yer kürəsinin ən pis yeri”adlandırıb.

- Bu, dünyanın, demək olar ki, tamamilə qaranlıqda baş verən ən böyük humanitar böhranıdır. Ona çox dəhşətli dərəcədə az diqqət yetirilir”,- BMT-nin sabiq məmuru bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
2
azvision.az

3Mənbələr