AZ

“Mehdiyevçi müxalifət”in adları açılacaq  -Rəy

Bütün ictimaiyyət görəcək ki, "kimlərin əli kimlərin cibindən" çıxır


"Ramiz Mehdiyev Rusiyaya yazdığı məktubunda özü haqqında dediyi epitetlərə, yüksək fikirlərə rəğmən, siyasi cəhətdən korafəhim olub".

Bu barədə "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 

Baş redaktor bildirib ki, R.Mehdiyev 26 il böyük post tutduğu dövlətin nəyə qadir, vəzifəsini itirdikdən cəmi bir il sonra bu dövlətin hansı gücə sahib olduğunu anlamayıb və öz idarəçiliyində ilişib qalıb:

 "Bunu düşünməyən R.Mehdiyev Azərbaycanı bəlkə də "qəbilə dövləti" sanırmış. Amma o, nə o zaman, nə də indi Azərbaycanın "qəbilə dövləti" olmadığını anlayıb. Amma hazırladığı bütün ssenarilərin iflasa uğradığı bu illər ərzində bunu bilməliydi. "Boz kardinal" kimi barəsində solğun mif yaradılan bu adamın siyasi "əlliliyi" ancaq market üçün yararlı əlilliyə bənzəyir. Yəni xərclik... O sırada çoxlarının adı ehtimal olunur. Həmin siyahıda "mehdiyevçi müxalifət"dən tutmuş bir çox sabiq məmur və deputatlara, oliqarxlara qədər çoxlarının adı var. Bu adlar da zaman-zaman açılacaq. O zaman bütün ictimaiyyət görəcək ki, "kimlərin əli kimlərin cibindən" və kimlər də Ramizin siyahısından çıxır. Geniş aspektdən baxsaq, görərik ki, Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub çevriliş düşüncəsində olan şəxsin maklatur idiotizmidir. Özü də, siyahısında olanlar da başa düşməyiblər ki, dövlət, onun sistemi, strukturları, kəşfiyyatı maklatur siyasətçiyə çevriliş etməyə imkan verərdimi?! Yaxud qan və can bahasına müstəqillik əldə etmiş, torpaqlarını 30 illik işğaldan azad etmiş bu xalq etnik şübhəli kimliyi olan bir şəxsə etimad edib onu dəstəkləyərdimi?".
Seçilən
27
1
sherg.az

2Mənbələr