Bakı. Trend:
Monteneqro Respublikasının İnsan Hüquqları və AzadlıqlarıMüdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycanvətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil(Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavabünvanlayıb.
Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununlaəlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığınıvə saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqladavranıldığını bildirib.
S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı birayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərininqarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər birAzərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiəolunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılanistintaq və məhkəmə proseslərinin gedişatının onun mandatıçərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.
Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkilinin diqqətində saxlanılır.
