Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, oktyabrın 30-da polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 27 avtomat silahı, 3 pulemyot və 2 tüfəng aşkar edərək götürüblər.
 
                        