Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan RespublikasıPrezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdəakkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərşəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.
Trend xəbər verir ki, qonaqlar səfər çərçivəsində Cəbrayılrayonunun Horovlu kəndində olublar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatikkorpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılanbərpa və yenidənqurma işləri ilə əyani tanış olurlar.
Bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən,işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin20-ci səfəridir.
 
                         
  
  
  
  
  
  
  
  
  
  
  
  
 