Milli Məclisdə jurnalistlər üçün qoyulan telefon qadağası ləğv olunub.
Avtosfer.az xəbər verir ki, bu gündən etibarən media nümayəndələri parlamentin binasında telefon məhrumiyyətindən azad olunur.
Belə ki, artıq binaya daxil olan media nümayəndələrinin telefonları onlardan alınmayacaq.
Qeyd edək ki, bu qərar 2022-ci ildən icra olunurdu. Ötən həftə Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli məsələni gündəmə gətirərək Milli Məclisdə jurnalistin telefonunun əlindən alınmasını onun fəaliyyətinə maneə kimi qiymətləndirmişdi.
 
                        