AZ

ABŞ-də şatdaun ən azı 34 gün davam edəcək – KİV

Bakı. Trend:

ABŞ federal hökumətinin maliyyələşmənin olmaması səbəbindənfəaliyyətinin qismən dayandırılması (şatdaun –red ) ən azı 34 gündavam edəcək və bu, demək olar ki, rekord göstəriciyə yaxındır.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“CBS” telekanalının məlumatına görə, ABŞ Konqresinin Senatıoktyabrın 30-da işində fasilə elan edib və böyük ehtimalla yalnızbazar ertəsi yenidən toplanacaq. Bu isə hökumətin fəaliyyətinindayandırılmasının azı 34 gün uzanacağı deməkdir.

Bu vaxta qədər on üç səsvermə raundunun nəticələrinə görə,Senatda hökumətin maliyyələşdirilməsini təmin etməyə dairmüzakirəyə çıxarılan iki qanun layihəsindən heç biri qəbuledilməyib.

Şatdaun oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 07:00)başlayıb. Bu, Konqresdə iqtidarda olan Respublikaçılar və müxalifDemokratlar arasında bir sıra xərclər, o cümlədən səhiyyə sahəsinəaid maddələr üzrə razılığa gələ bilməmələri səbəbindən başverib.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr