"Latsio"nun futbolçusu Pedro Rodriges klubdan ayrılmaq barədə qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 38 yaşlı ispan yarımmüdafiəçi mövsümün sonunda Roma klubunu tərk edəcək.
Futbolçu bu barədə cümə axşamı "Piza" ilə qolsuz heç-heçədən sonra açıqlama verib. İnsayder Fabritsio Romano onun dediklərini belə çatdırıb: "Mən "Latsio"nun Avropa yarışlarına çıxmasını istəyirəm. Sonra vidalaşmağın vaxtı çatacaq".
Pedro 2021-ci ildən "qartallar"da çıxış edir. O, əvvəllər "Roma", "Çelsi" və "Barselona"da çıxış edib. "Barselona"nın yetirməsinin gələn ilin iyul ayında 39 yaşı tamam olacaq. Onun karyerasını başqa klubda davam etdirib-etdirməyəcəyi bəlli deyil.
Mirağa
 
                        