Zaqatalada "Ağ Saray" kimi tanınan ticarət mərkəzinin həyətində kişi meyiti tapılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 11 radələrində qeydə alınıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqan əməkdaşları cəlb olunub.
Vəfat edən şəxsin kimliyi və hadisənin baş vermə səbəbləri araşdırılır.
 
                        