AZ

Amerikalı ekspert: ABŞ-ın etibarlılığını qorumaq üçün yeni nüvə sınaqları zəruridir

Vaşinqton, 31 oktyabr, AZƏRTAC

Moskva və Pekinin nüvə silahı sınaqları keçirməyə davam etməsinə cavab olaraq Prezident Trampın ABŞ-ın arsenalını inkişaf etdirmək və modernləşdirmək qərarına gəlməsi təəccüblü deyil və bu da sınaqların yenilənməsini tələb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-da fəaliyyət göstərən “Southfive Strategies” təşkilatının prezidenti Ceyson Epşteyn deyib.

O bildirib ki, ilk prezidentliyi dövründə Donald Tramp da daxil olmaqla, ABŞ prezidentləri nüvə silahlarından azad bir dünya təsəvvür ediblər. “Lakin aydın oldu ki, Rusiya və Çin buna maraq göstərmir. Buna görə də həm potensial rəqiblərə xəbərdarlıq, həm də müttəfiqlərimizə arxayınlıq vermək baxımından ABŞ-ın etibarlılığını qorumaq üçün yeni sınaqlar lazımlıdır”,- deyə ekspert əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
12
2
azertag.az

3Mənbələr