AZ

Saçlarını boyadıb, dişlərini düzəltdirdi, estetikli halı ilə tanınmaz halda - VİDEO

Türkiyənin tanınmış aktyoru Caner Cindoruk son görünüşü ilə izləyiciləri təəccübləndirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox uğurlu layihələrdə rol alan və "Sadakatsiz" serialındakı Volkan obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyor hazırda "Ben Onun Annesiyim" serialı ilə yenidən ekranlara qayıdıb.

Lakin serialın ilk bölümündə diqqət mərkəzinə süjet xətti deyil, Cindorukun xarici görünüşündəki dəyişikliklər düşüb.

Sosial şəbəkə istifadəçiləri aktyorun yanaq və alın hissəsinə botoks etdirdiyini iddia ediblər. Onun üzünün əvvəlkindən daha dolğun və şiş göründüyü, mimikalarının isə azaldığı qeyd olunub. Bu səbəbdən bir çox izləyici "Caner Cindoruku tanımaq çətinləşib" kimi şərhlər yazıb.

Aktyorun yalnız botoksla kifayətlənmədiyi, saçlarını qaraya boyatdığı və diş estetikasını yenilədiyi də diqqətdən yayınmayıb.

Bəzi izləyicilər bu dəyişiklikləri uğurlu hesab etsələr də, digərləri onun təbii görünüşünü itirdiyini düşünərək tənqid ediblər.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
1
milli.az

2Mənbələr