Qadınlardan ibarət Azərbaycan futbol yığması Banqladeşə yollanacaq.
Offsideplus.az xəbər verir ki, onlar noyabrın 24-dən dekabrın 3-dək burada təlim-məşq toplanışında olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yığmamız Dəkkə şəhərində “FIFA Tri Nations Women's Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komandamız noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.
 
                        