AZ

Keçmiş əsir indi “Qarabağ”ın oyununda hakim olacaq FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, "Qarabağ" - "Çelsi" matçını ukraynalı hakimlər idarə edəcək.

Milli.Az xəbər verir ki, oyunun hakimi Dmitri Kubryak, köməkçi hakimlər Vitali Skoblya və Oleksandr Korniyko olacaq. Dördüncü hakim isə Azərbaycanlı Fərid Hacıyev olacaq.

Hakim Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub. 

Odessalı futbol hakimi və eyni zamanda neyrocərrah olan Dmitro Kubryak Rusiya əsirliyindən azad edilib.

Məlumata görə, Kubryak 21 sentyabrda aparılan əsir mübadiləsi nəticəsində azadlığa buraxılan 215 nəfərdən biri olub. Dmitro Kubryak müharibənin ilk aylarında yaralılara tibbi yardım göstərmək üçün könüllü şəkildə Mariupola yollanıbmış, şəhər mühasirəyə alındıqdan sonra isə Rusiya qüvvələri tərəfindən əsir götürülüb.

Qeyd edək ki, ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 15:00-da başlayacaq.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
news.milli.az

1Mənbələr