Konqoda müstəmləkəçilik dövründən sonra Belçikanın mənfi təsiri bir çox sahələrdə, o cümlədən qanunvericilikdə çox güclü hiss olunurdu.
APA xəbər verir ki, bunu Sülh naminə Cənubi Kivu Konqolu Qadınlar Qrupunun üzvü, insan haqları müdafiəçisi Sadiki Nyabisoki Aqnes Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda deyib.
“Məsələn, qanunvericilikdə ailə fondu haqqında qanunların 60%-i Belçikanın müstəmləkəçilik zehniyyətindən təsirlənmişdi. Yalnız 2016-cı ildə konstitusiyada dəyişikliklər edildi. 1960-cı ildə Konqo müstəqillik qazandıqdan sonra belə qadınlara qarşı alçaldıcı münasibət hökm sürürdü. Onlara qarşı fiziki zorakılıq halları baş verirdi. Bu zorakılıqlar avropalılar tərəfindən müdafiə olunurdu. Qadınlar zorakılıq qarşısında özlərini müdafiə edə bilmirdilər. Onlar qanunla qorunmurdular. Səslərini çıxaran kimi isə cəzalandırılırdılar. Bütün bu hallar Belçika müstəmləkəçiliyinin qalıqları idi”, Sadiki Nyabisoki Aqnes bildirib.