Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında təkliflə çıxış edib.
"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq", - deyə, sədr bildirib.
 
                        