AZ

Zelenski Moskvaya gedə bilər: 6 saata...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Qərb Ukraynanı pul və silahla təmin etməyi dayandırsa, Prezident Volodimir Zelenski münaqişəni həll etmək üçün tez bir zamanda Moskvaya uçmağa qərar verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armand Mema deyib.

“Ukraynaya dəstəyi dayandırsaq, Zelenski altı saat ərzində Rusiya ilə danışıqlara hazır olacaq. Üstəlik, o, dərhal Moskvaya uçacaq”, – siyasətçi qeyd edib.

Memanın sözlərinə görə, belə halda Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq istəyəcək.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
globalinfo.az

3Mənbələr