AZ

Məşhur direktor işdən çıxarılmasından danışdı: Səbəbi sirr deyil, amma...

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayevin vəzifəsindən azad olunmasına dair məlumat yayılıb.

Globalinfo.az məsələ ilə bağlı Fariz Babayevlə əlaqə saxlayıb.

O, məlumatı təsdiqləyib:

“Könüllü şəkildə öz ərizəmlə işdən ayrılmışam. Səbəbi sirr deyil, amma açıqlamaq da istəmirəm. Hər işdə problemlər olur. 44 il həkim olaraq çalışmışam, bundan sonra da fəaliyyətimi davam etdirəcəm”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəran şəhərində anadan olub.

2003-2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
globalinfo.az

1Mənbələr