Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların işini araşdıran idarəyə 70-dən çox irad bildirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, general-mayor Boqdan Frantsişkonun rəhbərlik etdiyi Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin (SKR) İstintaq İdarəsi regiondakı əsas korrupsiya işlərinin istintaqından kənarlaşdırılıb. Buna səbəb onun bir sıra qalmaqallı işlərdə təqqsirli bilinənlərlə mümkün əlaqələrinin olmasıdır.
Korrupsiya xarakterli rezonanslı cinayət işlərinin istintaqı Sverdlovsk vilayəti üzrə DİN-in Baş İdarəsinə həvalə olunub. Bu qərarı Sverdlovsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri İqor Nikolayev Moskvada razılaşdırıb. O, qərarını “Sverdlovsk vilayəti üzrə SKR İstintaq İdarəsinin rəhbər heyəti arasında peşəkarlığın gözəçarpacaq dərəcədə olmaması və istintaq edilən işlərin bəzi iştirakçılarının idarə rəhbərliyi ilə mümkün əlaqələrinin fəal şəkildə aşkarlanması” ilə izah edib.
Sverdlovsk SKR və FTX arasında qarşıdurmanın başqa bir səbəbi azərbaycanlı Şıxlinski və Səfərovların uğursuz istintaqdır. Bu işdə istintaq tərəfi əsassız şəkildə prinsipiallıq nümayiş etdirir, real sübut bazası olmadığı halda fiqurantların həbsi artıq iki dəfə uzadılıb. İş üzrə istintaqa rəhbərlik edən Sverdlovsk vilayəti SKR İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə dördüncü şöbəsinin rəisi, mayor Yaroslav Kuzvesov “ya istintaqı sürətləndirin, ya da Şıxlinski və Səfərovları azad edin (Bakıda saxlanan rusiyalı İT mütəxəssislərinə qarşı mübadilə üçün)” tələbinə cavab olaraq iş yerində sərxoş qalmaqallar təşkil edir.
Sverdlovsk vilayəti üzrə SKR-in istintaqçıları ilə bağlı narazılıqlar federal səviyyədə də mövcuddur. Belə ki, Frantsişkonun rəhbərlik etdiyi İstintaq İdarəsi effektivlik reytinqində outsider olub: son üç ay ərzində Sverdlovsk istintaqçıları SKR sədri Aleksandr Bastrıkin tərəfindən 72 irad alıblar (bu göstərici Ural regionundakı digər istintaq idarələrindən dəfələrlə çoxdur).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        