AZ

“Anqarsk manyakı” qurbanlarının sayı 91-ə çatdı — İstintaq Komitəsi

“Anqarsk manyakı” Popkovun qurbanlarının sayı 91-ə çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat verib.

Bildirilir ki, “Anqarsk manyakı” kimi tanınan Mixail Popkovun qurbanlarının ümumi sayı 91 nəfərə yüksəlib.

Qurumun açıqlamasına görə, son iki nəfərin qətli ilə bağlı iş artıq məhkəməyə göndərilib.

İstintaq materiallarına əsasən, Popkov uzun illər ərzində 80-dən çox insanı qətlə yetirib.

Ekspertizanın nəticələri göstərib ki, onun cinayətlərinə səbəb homisidomaniya — yəni qətl törətməyə qarşı patoloji meyillilik olub.

Popkov Rusiya tarixində ən çox adam öldürən cinayətkar kimi tanınır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr