Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın ediblər.
APA xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var.
MTX-nın hələ də əməliyyat apardığı bildirilir, əməliyyatın səbəbi barədə heç bir məlumat verilməyib.
 
                        