"Liverpul"un baş məşqçisi Arne Slot heyətlərinin yetəri qədər geniş olmadığını düşünür.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis "Kristal Pelas"a məğlub olub İngiltərə Liqa kubokunda məğlub olduqdan sonra bunları deyib:

"Heyətimiz insanların düşündüyü qədər geniş deyil.

Mən kubok matçında Manchester City klubunun ilk 11-liyini gördüm və bu, onların liqada oynadıqlarından tamamilə fərqli idi. Amma yenə də çox yaxşı komanda idi.

Bizdə isə iki dəyişiklik etdim, meydanda altı gənc futbolçu var idi. Bu sizə bir fikir verməlidir".

Qeyd edək ki, "Liverpul" bu yay transferlərə 500 milyon avroya yaxın pul xərcləyib.