AZ

BMT-nin baş katibi Trampın qərarını tənqid edib

BMT baş katibi Antonio Quterres ABŞ prezidenti Donald Trampın nüvə silahı sınaqlarını yenidən başlatmaq niyyəti ilə bağlı açıqlamasını tənqid edib...

Poliqon Associated Press agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, nüvə riskləri artıq çox yüksəkdir və son 80 ildə 2000-dən çox nüvə sınağı keçirildiyi və bunun fəlakətli nəticələrə səbəb olduğu barədə məlumatları paylaşıb.

"Son 80 ildə aparılan 2000-dən çox nüvə silahı sınağının fəlakətli nəticələrini heç vaxt unutmamalıyıq", deyə Quterres bildirib.

O, bu cür sınaqların bərpası üçün heç bir əsaslandırma olmadığını düşünür: "Nüvə sınaqlarına heç bir halda icazə verilə bilməz".

Qeyd edək ki, bundan əvvəl "The Washington Post" qəzeti Trampın ABŞ-da nüvə sınaqları ilə bağlı açıqlamasının lazımsız eskalasiyaya səbəb olacağını yazıb. Nəşr hesab edir ki, Tramp bu əmri Çin prezidenti Si Szinpinlə görüşdən əvvəl ABŞ-ın hərbi gücünü nümayiş etdirmək üçün verib. Silah nəzarəti üzrə mütəxəssislər Ağ Ev rəhbərinin açıqlamasının lazımsız olduğu və onun Nobel Sülh Mükafatını qazanmaq cəhdlərini sarsıda biləcəyi barədə fikirlərini bildiriblər.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr