AZ

Ağdərəyə növbəti qayıdış: Aşağı Oratağ və Çapar kəndlərinə püşkatma keçirildi / FOTOLAR

Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Ağdərə rayonunun Aşağı Oratağ və Çapar kəndlərinə qayıdışla bağlı püşkatma keçirildi.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, sevindirici haldır ki, artıq qayıdışla bağlı yaşayış məskənlərimizin sayı gün-gündən artır:

"İctimai Şura sədri olaraq mən də bu mərasimdə iştirak etdim. Vətəninə dönən keçmiş məcburi köçkünlərin sevinc hissini izləmək çox xoş idi. İctima Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffaf təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Vətənlərinə geri dönən keçmiş məcburi köçkünlərimizi təbrik edirik!"

Seçilən
11
qht.az

1Mənbələr