"Pay torpağı olan mülkiyyətçi ondan istədiyi kimi istifadə edə bilmir. Belə ki, torpağı bir neçə il dincə qoyandan sonra onun üzərində bitmiş kol-kosu təmizləmək problemi ilə qarşılaşır. Hətta torpaqda texniki yollarla ağac yetişdirib onu kəsib istifadə etməsinə də icazə verilmir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov seçicilərinin müraciətinə əsasən bildirib.
Deputat təklif edib ki, mülkiyyətçinin öz torpağından sərbəst istifadə etməsi üçün qanunda dəyişiklik edilsin:
“Azərbaycan Respublikasının Konstitusiyasının 20-ci maddəsinin 3-cü bəndinə görə, Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Digər qanunlarda isə vətəndaşın mülkiyyətində olan pay torpağında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi və ərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyəti yaradır”.
