AZ

İsrail Livana hücumu davam etdirir

Mia.az saytına istinadən ain.az xəbər verir.

İsrail atəşkəs razılaşmasına baxmayaraq, Livana hücumlarını davam etdirir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, israil ordusu dünıən olduğu kimi, bu gün səhərə yaxın Livanın cənubundakı Nəbatiyə şəhərinə zərbələr endirib.

Məlumatda deyilir ki, israil qüvvələri əsasən, Nəbatiyədəki Şəba və Haruf qəsəbələrini hədəfə alıb: "Burada xeyli obyekt dronlarla vurulub. Bundan başqa, Tir qəsəbəsi yaxınlığındakı Livan ordusunun hərbi postu da PUA-la səradan çıxarılıb"

İsrail mediası Livan prezidentinin orduya "ölkəni müdafiə edin" göstərişindən sonra "Hizbullah"ın müdafiə və hücum qabiliyyətlərini bərpa etməyə çalışdığını iddia edib: "Bu səbəbdən  Livana hücumların güclənəcəyi planlaşdırılır".

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
mia.az

1Mənbələr