AZ

Arda Gülər ayın ən yaxşı futbolçusu seçildi

BAKI, 31 oktyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunda oktyabrın ən yaxşı futbolçusu seçilib.

Teleqraf Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada türkiyəli yarımmüdafiəçi Arda Gülər layiq görülüb.

20 yaşlı oyunçu "kral klubu"nun azarkeşləri arasında keçirilən səsvermədə birinci olub.

Qeyd edək ki, Arda Gülər cari mövsüm ərzində meydana çıxdığı 13 oyunda 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
61
teleqraf.com

1Mənbələr