AZ

Azərbaycanda son bir ildə 17 yeni bank filialı yaradılıb

ain.az, Banco.az saytına istinadən bildirir.

2025-ci ilin oktyabrın 1-nə  Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 499 ədəd təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bank filiallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 vahid, yəni 3,5%, ötən ilin sonuna nəzərən 14 vahid, yəni 2,9%, son bir ayda isə 1 vahid, yəni 0,2% artıb.

Xatırladaq ki, bank filiallarının sayı bu ilin sentyabrın 1-nə 498, ötən ilin sonunda  485, 2024-cü ilin oktyabrın 1-nə isə 482 ədəd təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
banco.az

3Mənbələr