Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 4 milyon 808 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 429 min manat təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu növ üzrə yığımların məbləği 4 milyon 545 min manat, ödənişlərin məbləği isə 250 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
 
                        