Bakı. Trend:
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötəngecə Eçmiədzindəki hərbi hissədə əməliyyat keçirərək, bir neçənəfəri, o cümlədən yüksək vəzifəli hərbçiləri saxlayıblar.
Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, xüsusi xidmət orqanlarının əməkdaşları hələ dəhərbi hissənin ərazisindədirlər və operativ tədbirlər həyatakeçirirlər. Basqının səbəbi barədə məlumat verilmir.