"Dövlət xidmətləri sadəcə sənəd verilməsi deyil, vətəndaşla dövlətin birbaşa təmasıdır. O təmasda vətəndaşı qarşılayan dövlət qulluqçusunun davranışı dövlətin simasıdır. Buna görə də dövlət qulluğu haqqında saatlarla dayanmadan düşünmək lazımdır".
Redaktor.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
"Bu gün cəmiyyətimizdə çoxsaylı gənclər var ki, dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır imtahan verib yüksək bal toplayır, lakin yenə də işə qəbul olunmurlar. Bu artıq fərdi yox, sistemli bir dövlət xidməti problemidir. Dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə dəə, reallıqda bir çox hallarda imtahan balı işə təyinata çevrilmir. İnsanlar düşünür "əgər yüksək bal yığmaq belə yetərli deyilsə, bəs nə lazımdır?" Bu sual təkcə həmin gəncləri deyil, bütövlükdə cəmiyyəti narahat edir. Əgər imtahan və bal obyektiv meyarlardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc ehtiyat kadr siyahısında illərlə qalıb və iş tapa bilmir?
Digər tərəfdən çox vaxt həmin yer lərə fəaliyyətlə tanışlığı olmayan, ya da təzəlikcə yönləndirilən şəxslər qəbul olunur. Bu ədalət prinsipi dövlətin nüfuzunu və gənclərə olan inamını ciddi şəkildə sarsıdır. Biz gənclərə deyirik ki, oxuyun, çalışın, imtahan verin, biliklə yüksəlin, amma sistem onlara fərqli siqnal göndərir: "Bacarıq yox, münasibət vacibdir". Belə olduqda isə dövlət xidməti olan dövlət qulluğu imtahanından yüksək bal toplamış, səhvləri, gənclər üçün cəlbedici yox, ümidsındıran bir məkana çevrilir.
Bu problemi həll etmək üçün birinci növbədə imtahanın hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm olmalıdır. Boş yerlər real və açıczq elan olunmalı, müsahibə mərhələsində subyektivlik yaradan amillər qaldırılmalıdır. Dövlət qulluğunda işləmək istəyən gənc "tanışım yoxdur" deməməlidir gərək. O inanmalıdır ki, biliyi və zəhməti onun ən böyük dayağıdır. Bu sahədə sosial ədalət bərpa olunmadıqca nə dövlətə inam möhkəmlənər, nə də cəmiyyətin gələcəyinə artırdığımız inam. Elə bir iş qurulmalıdır ki, gənc insan bu ölkədə ədalətin kök üzərində işlədiyini öz xərcində də görə bilsin", - deyə o yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI
 
                        