AZ

Trampdan sonra Mişustin də onunla görüşəcək

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin 3-4 noyabr tarixlərində Çinə səfər edəcək. Səfər çərçivəsində o, Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək. Bu barədə RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. RF hökumətinin başçısı Pekində ölkənin sədri si Cinpinlə, Xançjouda isə Dövlət Şurasının başçısı Li Çyan ilə görüş keçirəcək.

Məlumatda danışıqların əsas mövzusunun ticari-iqtisadi əlaqələr, aqrar sahədə və energetika sahəsində layihələrin hazırlanması olacağı bildirilir. Turizm, mədəniyyət, texnologiya məsələlərinin də gündəlikdə olacağı xəbər verilir.

Hürr Tərcüman

 

Seçilən
9
1
hurriyyet.az

2Mənbələr